Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının yeni ünvanda açılış mərasimi keçiriləcək

Sentyabrın 21-də Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının yeni ünvana köçürülməsi ilə əlaqədar açılış mərasimi keçiriləcək. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək müasir tələblərə cavab verən yeni kitabxana binasını kiçik yaşlı oxucuların istifadəsinə təqdim edəcək. Tədbirdə ziyalılar, uşaq yazarları, ictimaiyyət və KİV nümayəndələri, iştirak edəcəklər. Məlumat üçün bildirək ki, F.Köçərli adına Respublika Uşaq Kitabxanası 1965-ci il 1 yanvar tarixində Mədəniyyət Nazirliyinin qərarı ilə yaradılıb. Kitabxananın 250 minə yaxın kitab fondu, 19 min 519 nəfər oxucusu var. Kitabxanada 8 şöbə, 4 bölmə, 2 oxu zalı fəaliyyət göstərir. F.Köçərli adına Respublika Uşaq Kitabxanası respublika əhəmiyyətli kitabxana kimi Mədəniyyət və Turizm Nazirliyinin sisteminə daxil olan uşaq kitabxanalarına metodik mərkəz funksiyasını həyata keçirir. Kitabxanada nağıl otaqları, İncəsənət otağı, böyük və kiçik oxu zalları, Elektron resurslar bölməsi, Multimedia, İnternet-resurs mərkəzləri yaradılıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO