Azəri-Türk Qadınlar Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Faciələrimiz və Soyqırımlar” layihəsinin icrasını yekunlaşdırmaq üzrədir. Birlikdən qhtxeber.az saytına verilən məlumata görə, layihə çərçivəsində Belçikanın Brüssel şəhərində Azərbaycan–erməni münaqişəsi və əsrlikdə olan qadınlarımızın taleyi ilə bağlı “Barış qadınlardan keçər” adlı konfrans keçirilib. Bundan başqa Azəri-Türk Qadınlar Birliyinin nümayəndələri Brusseldəki Azərbaycan və Türkiyə səfirliklərində, Belçika bələdiyyə məclisində görüşlər keçiriblər.
Qeyd edək ki, QHT bu layihə ilə Avropa ölkələrində yasayan türk xalqları, senatorlar, orda fəaliyyət göstərən QHT və ictimaiyyət arasında ermənilərin Azərbaycan ərazilərini işğal etməsi, qaçqın və məcburi köçkünlərin vəziyyəti, insanların öldürülməsi, soyqırıma məruz qalması və əsrlikdə olanların taleyi barədə maarifləndirmə işini həyata keçirir.