Facebookda insanların təhqir olunması, yalan, böhtan adi hala çevrilib

“Sosial şəbəkələrin, vətəndaş jurnalistikasının nə dərəcədə etibarlı mühit olması onun gələcəyi ilə bağlıdır.”

SalamNews s xəbər verir ki, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev “Yeni media və yeni çağırışlar” mövzusunda keçirilən konfransda çıxışı zamanı söyləyib.

O vurğulayıb ki, sosial şəbəkələr və bloqosfera hər bir fərdə fikrini maneəsiz ifadə etmək imkanı yaratmaqla bərabər, həm də tam nəzarətsiz və məsuliyyət meyarının minimal tələblərə cavab vermədiyi məkandır: “Bununla biz hamımız razılaşmalıyıq, çünki Facebookda biz gündəlik həyatımızda peşəkar mediaya xas olmayan neqativ təzahürləri görürük. Bu mühitdə insanların təhqir olunması, yalan, böhtan adi hala çevrilib. Ən böyük problem də odur ki, vətəndaşlar barələrində gedən qeyri-obyektiv və ya alçaldıcı məlumatlara qarşı təsir göstərə bilmir. Bu fəaliyyət müxtəlif akkauntların dublikatlarının yaradılması və orada təxribat xarakterli məlumatların yerləşdirilməsi kimi ən neqativ halları da əhatə edir.”

Facebook, Twitter, YouTube və digər sosial şəbəkələr konkret ölkələrdə qeydiyyatdan keçmiş şirkətlər olduğunu diqəttə çatdıran PA-nın sektor müdiri, həmin ölkələrin qanunverciliyi qarşısında məsuliyyət daşıdıqlarını deyib.

– See more at: http://salamnews.org/az/news/read/127982#sthash.Gd9LGr48.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO