F.Köçərli adına Respublika Uşaq Kitabxanasının yeni binasının açılışı olub

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının yeni binasının açılışı olub  Sentyabrın 21-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Səməd Vurğun küçəsi, 88 ünvanında yeni binasının açılışı olub. Kitabxananın direktoru, Əməkdar Mədəniyyət İşçisi Fizurə Quliyeva tədbiri açaraq kitabxana və kitab sahəsinə göstərilən dövlət qayğısından söz açıb, yeni binanın kiçikyaşlı oxucular və Nəsimi rayonunun bütün sakinləri üçün əvəzsiz hədiyyə olduğunu, bu günün balaca kitab həvəskarlarının yaddaşında əbədi qalacağını qeyd edib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın uğurla həyata keçirilməsindən, kitabxanaların müasirləşməsindən, kiçikyaşlı oxucuların istifadəsinə verilən yeni kitabxana binasının müasir tələblərə tamamilə cavab verməsindən danışmış, kitabxananın kollektivini və oxucuları təbrik edib.
Sonra nazir Ə.Qarayev rəmzi qırmızı lenti kəsib, tədbir iştirakçıları kitabxananın yeni binası ilə tanış olublar.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO