Atasının sözlərinə görə, baş redaktor əlavə kassasiya şikayəti verməkdən imtina edir: “Onun şikayətinə bu yaxınlarda Avropa İnsan Haqları Məhkəməsində baxılacaq və bu səbəbdən də Azərbaycanda hər hansı məhkəmə instansiyasına müraciəti düzgün hesab etmir”. Baş redaktorun vəkili İsaxan Aşurov “Media forum”a açıqlamasında məhbus jurnalistin mövqeyinin düzgün olduğunu deyib: “Mən də hesab edirəm ki, əlavə kassasiya şikayətinə ehtiyac yoxdur”.
«Media forum»