Azərbaycan Respublikası Xalqlarının Həmrəylik Cəmiyyətində (ARXHC) böyük rus yazıçısı və dramaturqu A.Çexovun 150 illik yubileyi qeyd olunub. ARXHC-nın sədir müavini M.Bolotnikov, Bakı Slavyan Universitetinin (BSU) dosenti Antonina Tretyakova A. Çexovun həyat və yaradıcılığından, yazıçının gələcəyi qabağcadan duyma istedadından danışaraq, cəmiyyətimizin onun xatirəsinə hörmət etdiyini bildiriblər.
134 saylı məktəbin X sinif şagirdləri skripkada yazıçının sevimli əsərlərini müşayiət ediblər. Tədbirdə həmçinin yazıçının əsərləri oxunub, “At familiyası” əsərindən səhnələr göstərilib.