Ev -muzeyləri səyyar sərgiləri keçirəcək

Ev -muzeyləri səyyar sərgiləri keçirəcəkN.Nərimanovun ev-muzeyi, M.S.Ordubadinin ev-muzeyi, Dövlət Din tarixi muzeyi, C.Məmmədquluzadənin ev-muzeyi, C.Cabbarlının ev-muzeyi və Ə.Əzimzadənin ev-muzeyi cari ilin fevral-dekabr aylarında mədəni-maarif müəssisələrində səyyar sərgiləri təşkil ediləcək. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Sərgilər Bakı şəhərinin 11 inzibati rayonu üzrə ayda 3 dəfə, kitabxanalar və mədəniyyət evlərində nümayiş olunacaq.
2010-cu ilin sonunadək davam edəcək sərgilərin təşkil olunmasında əsas məqsəd Azərbaycan mədəniyyətinin təbliği və muzey işinin inkişafıdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO