Ermənilər azərbaycanlı jurnalistləri təriflədilər…

“Ermənistan informasiya müharibəsində Azərbaycana uduzur. İranda keçirilən beynəlxalq sərgidə biz bunu şahidi olduq”. Bu barədə İrəvanda mətbuat konfransı keçirən bir qrup erməni jurnalisti bildirib.
Qeyd edək ki, İranda keçirilən beynəlxalq media sərgi-festivalında iştirak edən Ermənistanın “Azq”qəzetinin və “Panarmenian” informasiya Agentliyinin əməkdaşlarının pavilyonda Dağlıq Qarabağla bağlı ayrıca stend quraşdırmaq cəhdi azərbaycanlı jurnalistlər dairəsindən imkan verilməyib.
Erməni jurnalistlər bununla bağlı erməni KİV-lərinin heç bir reaksiya verməmələrini kəskin tənqid ediblər. “Azq” qəzetinin əməkdaşı Asmik Arutyunyan bildirib ki, heç bir erməni KİV-nin sərgidəki qalmaqala münasibət bildirməmsi başa düşülmür.
“Amma azərbaycanlılar və türklər bu məsələni daim diqqətdə saxladılar. Ən gülməlisi budur ki, erməni qəzetləri sərgi ilə bağlı xəbərləri Azərbaycan KİV-dən, konkret olalaraq sərgidəki qalmqalın səbəbkarı olan APA-nın əməkdaşının yazılarına istinad edirdilər”.

“Panarmenian”ın əməkdaşı Yekatrina Poqosyan deyib ki, Ermənistan informasiya cəbhəsində uduzur. “Azərbaycanda KİV bu məsələdə yekdil işləyir”.
Agentliyin baş redaktoru Marina Ananikyan bildirib ki, Azərbaycan tərəfi erməni tərəfindən fərqli olaraq dövlətçilik prinsiplərini müdafəsində çiyin-çiyinə işləyirlər.
”Bizdə isə hamı öz özü barədə düşünür. Ona görə də artıq biz informasiya müharibəsini azərbaycanlılara uduzuruq”-deyə o vurğulayıb.

İranda 25 oktyabrda start götürən sərgi noyabrın 1-də yekunlaşıb. Azərbaycanı sərgidə bir neçə KİV, o cümlədən APA, “Həftə içi” qəzeti təmsil edib.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO