“Ermənilik. Rusiya. Qafqaz ” kitabı çapdan çıxıb

"Ermənilik. Rusiya. Qafqaz" kitabı çapdan çıxıbMoskvanın “Flinta” nəşriyyatında tanınmış Azərbaycan jurnalisti, “İRS-Naslediye” beynəlxalq jurnalının baş redaktoru Musa Mərcanlının “Ermənilik. Rusiya. Qafqaz” kitabı çapdan çıxıb. Musa Mərcanlının oxucuların mühakiməsinə təqdim etdiyi elmi nəşrdə ermənilərin Qafqazda yerli xalqlar və Rusiya ilə qarşılıqlı münasibətləri və erməni miqrantların yollarına çıxan əraziləri və etnosları erməniləşdirmək səylərindən söhbət açılır. Kitabda ermənilərin harada yaşayırlarsa, yaşasınlar, bu əraziləri “Ermənistan” adlandırması sübuta yetirilir. Təkcə bunu demək kifayətdir ki, hazırda Şərq istiqamətində erməni marşrutunu konkretləşdirməyə imkan verən 26 “ermənistan” məlumdur və buna görə də ermənişünaslar Ermənistanın deyil, erməni xalqının tarixini yazırlar. ” Qeyd edək ki, bu, Musa Mərcanlının 2009-cu ildə Sankt-Peterburqda nəşr edilmiş “Qarabağ məsələsi və geosiyasət: analitik rakurs” kitabının davamıdır.
Şübhəsiz ki, bu elmi əsər tarixçilərin, beynəlxalq münasibətlər sahəsində mütəxəssislərin, habelə geniş oxucu kütləsinin böyük marağına səbəb olacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO