Erməni aqressiyası barədə Gürcüstanda kitab çap olunub

Azərbaycanın Gürcüstandakı səfirliyi ermənilər barədə yeni kitab yayıb. Səlahiyyətli və fövqaladə səfir Namiq Əliyevin müəllifi olduğu kitabda Ermənistan Respublikasının Azərbaycan Respublikasına etdikləri barədə danışılır. Və elə kitab bu cür də adlanır: “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı aqressiyası və bunun hüquqi nəticələri”.
Modern.az xəbər verir ki, kitab paytaxt Tiflisdəki otellərin birində ictimaiyyətə təqdim olunub. Təqdimetmə mərasimində azərbaycanlı və gürcü ictimai xadimlər iştirak etdi. Azərbaycanın Gürcüstandakı səfiri, kitabın müəllifi Namiq Əliyev, çıxış edərək kitab barədə, onun yazılmasının səbələri barədə danışıb. O, bildirib ki, ermənilərin etdikləri, Azərbaycana qarşı olan münasibətlərini Gürcüstan ictimayiyyətinə və dünyaya çatdırmaq zərürəti kitabın yazılmasına səbəb olub.
Kitab iki dildə ingilis və rus dillərində 2 min tiraj olmaqla çap edilib. Kitab Gürcüstandakı səfirliklərə və Azərbaycanın başqa ölkələrdəki səfirliklərinə paylanacaq. Hüquq elmləri namizədi, professor Namiq Əliyev bu tip kitablarla münaqişə barədə həqiqətləri yaymağın beynəlxalq qərarların qəbulunda ədalətə kömək etdiyini söyləyib.

modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO