Elxan Poluxov: “Azərbaycan Türkiyənin “Axşam” qəzeti ilə əməkdaşlıq məsələsinə baxa bilər”

“İşğal edilmiş ərazilərə Azərbaycan tərəfinin icazəsi olmadan səfər edən hər bir əcnəbi vətəndaşın adı ölkəmizdə olması arzu edilməyən şəxslərin siyahısına daxil edilir”.

Bu açıqlamanı APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov Türkiyənin “Axşam” qəzetinin əməkdaşı Nagehan Alçının Xankəndiyə səfərinə münasibət bildirərkən deyib. Diplomat bildirib ki, bu, bütün ölkələrlə bağlı həyata keçirilən siyasətdir və Azərbaycan bu məsələdə daim qəti mövqe tutur və bu mövqe dəyişilməz olaraq qalır: “Konkret olaraq “Axşam” qəzeti ilə bağlı Azərbaycanın İstanbuldakı baş konsulluğu bu qəzetin redaksiyası ilə əlaqə saxlayıb və qəzetin İsmail Kiçikqaya adlı meneceri bildirib ki, bu səfər jurnalistin öz təşəbbüsüdür və redaksiya ilə heç bir əlaqəsi yoxdur. Qəzetin rəsmi mövqeyi bildiriləndən sonra Azərbaycan tərəfi bundan sonra bu qəzetlə əməkdaşlıq məsələsinə baxa bilər”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO