Elmar Hüseynova həsr olunmuş dəyirmi masada deyilənlər

Martın 1-i Bakıdakı Media Mərkəzində jurnalist Elmar Hüseynovun qətlinin beşinci ilinə həsr olunmuş dəyirmi masa keçirilib.

“Turan”ın məlumatına görə, dəyirmi masada söz alan “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev Elmar Hüseynovun qeyri-döyüş zonasında, daxildən açılan atəş nəticəsində qətlə yetirildiyini deyib.

Elmar Hüseynov Fondunun rəhbərlərindən olan jurnalist Şahbaz Xuduoğlu qətli Azərbaycanda jurnalistlərə və azad sözə açılan atəş kimi dəyərləndirib: “Bu atəş həm də dövlətin bizləri qoruması etimadına atəş oldu. Mən bu qətlin üstünün açılacağına inanmıram”.

Deputat İqbal Ağazadə ölkənin hüquq mühafizə orqanlarını qətlin üstünü aça, sifarişçi və icraçıları məhkəmə önünə çıxara bilməməkdə ittiham edib: “Bu qətlin üstünün açılmaması ölkədə təhlükəsiz yaşamı sual altına aldı”.

“Bu, dövlət səviyyəsində azad mətbuata basqı siyasətinin davamı idi”. “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev qətlə münasibətini belə ifadə edib. M.Əliyev 1998-ci ildə senzura ləğv edildikdən sonra hakimiyyətin azad mətbuata qarşı müharibəyə başladığını deyib: “Mətbuatın iqtisadi dayaqları dağıdıldı, jurnalistlərə qarşı fiziki təzyiqlər işə salındı, məhkəmələr yüksək cərimə qərarları çıxardılar. Bu, konkret dövlət siyasəti oldu”.

Elmar Hüseynovu şücaət rəmzi adlandıran Mətbuat Şurasının sədri Əflatun Amaşov qətlin üstünün açılması məsələsində pessimist olmadığını deyib: “Çalışıb prosesi sürətləndirmək lazımdır”.

1967-ci ildə Bakıda anadan olan Elmar Hüseynov İnşaat Mühəndisləri Universitetini bitirib. Jurnalistikaya 1990-cı illərin əvvəllərində gəlib. Bir neçə rusdilli media quruluşunda çalışan jurnalist daha sonra “Monitor” jurnalını təsis edib.

Jurnalist 2005-ci il martın 2-də Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. İstintaq işini Milli Təhlükəsizlik Nazirliyi araşdırır. Azərbaycanın hüquq mühafizə orqanları qətldə şübhəli bilinən şəxslərdən ikisinin adını açıqlayıb: Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov. İndiyədək onlar tapılmayıb.

Ölümündən sonra Azərbaycanda Elmar Hüseynovun adını daşıyan ictimai qurum – fond yaradılıb. Fondun rəhbəri mərhum jurnalistin xanımı Ruşaniyə Hüseynovadır. Ruşaniyə Hüseynova 2006-cı ilin sonlarında oğlu Aslanla birgə Norveçə mühacirət edib.Martın 1-i Bakıdakı Media Mərkəzində jurnalist Elmar Hüseynovun qətlinin beşinci ilinə həsr olunmuş dəyirmi masa keçirilib.

“Turan”ın məlumatına görə, dəyirmi masada söz alan “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev Elmar Hüseynovun qeyri-döyüş zonasında, daxildən açılan atəş nəticəsində qətlə yetirildiyini deyib.

Elmar Hüseynov Fondunun rəhbərlərindən olan jurnalist Şahbaz Xuduoğlu qətli Azərbaycanda jurnalistlərə və azad sözə açılan atəş kimi dəyərləndirib: “Bu atəş həm də dövlətin bizləri qoruması etimadına atəş oldu. Mən bu qətlin üstünün açılacağına inanmıram”.

Deputat İqbal Ağazadə ölkənin hüquq mühafizə orqanlarını qətlin üstünü aça, sifarişçi və icraçıları məhkəmə önünə çıxara bilməməkdə ittiham edib: “Bu qətlin üstünün açılmaması ölkədə təhlükəsiz yaşamı sual altına aldı”.

“Bu, dövlət səviyyəsində azad mətbuata basqı siyasətinin davamı idi”. “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev qətlə münasibətini belə ifadə edib. M.Əliyev 1998-ci ildə senzura ləğv edildikdən sonra hakimiyyətin azad mətbuata qarşı müharibəyə başladığını deyib: “Mətbuatın iqtisadi dayaqları dağıdıldı, jurnalistlərə qarşı fiziki təzyiqlər işə salındı, məhkəmələr yüksək cərimə qərarları çıxardılar. Bu, konkret dövlət siyasəti oldu”.

Elmar Hüseynovu şücaət rəmzi adlandıran Mətbuat Şurasının sədri Əflatun Amaşov qətlin üstünün açılması məsələsində pessimist olmadığını deyib: “Çalışıb prosesi sürətləndirmək lazımdır”.

1967-ci ildə Bakıda anadan olan Elmar Hüseynov İnşaat Mühəndisləri Universitetini bitirib. Jurnalistikaya 1990-cı illərin əvvəllərində gəlib. Bir neçə rusdilli media quruluşunda çalışan jurnalist daha sonra “Monitor” jurnalını təsis edib.

Jurnalist 2005-ci il martın 2-də Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. İstintaq işini Milli Təhlükəsizlik Nazirliyi araşdırır. Azərbaycanın hüquq mühafizə orqanları qətldə şübhəli bilinən şəxslərdən ikisinin adını açıqlayıb: Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov. İndiyədək onlar tapılmayıb.

Ölümündən sonra Azərbaycanda Elmar Hüseynovun adını daşıyan ictimai qurum – fond yaradılıb. Fondun rəhbəri mərhum jurnalistin xanımı Ruşaniyə Hüseynovadır. Ruşaniyə Hüseynova 2006-cı ilin sonlarında oğlu Aslanla birgə Norveçə mühacirət edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO