Efir vasitəsi ilə boğmaq İsrail Rusiyada informasiya müharibəsini uduzmuşdur

«Medialogiya» şirkətinin «Vedomosti» qəzeti ilə birgə keçirdiyi tədqiqat Rusiya telekanallarının yəhudi dövlətinə qarşı aydın antipatiyasını aşkar etmişdir. Sosioloqlar iddia edirlər ki, İsrail tərəfin yalnız tək-tək məlumatlarını pozitiv hesab etmək olar. «Hizbulla» ilə bağlı vəziyyət təmamilə başqadır – Rusiya kanalları onlara qarşı «terror» terminini demək olar ki, tətbiq etməmişlər və təşkilatın liderlərinin təbliğatçı bəyanatlarını böyük ruh yüksəkliyi ilə nümayiş etdirmişlər. «Birinci kanal», «Rossiya» və NTV daxil olmaqla, Rusiyanın altı əsas kanalının efirində «Hizbulla»nın təbliğatçı bəyanatları 253 dəfə – İsrail tərəfin bəyanatlarından (36) yeddi dəfə çox nümayiş etdirilmişdir.
Rusiya KİV-lərinin qərəzlilik və qeyri-peşəkarlıqda təqsirləndirilməsi sensasiya olmadı. Bundan əvvəl qərb jurnalistikasının nəhəngləri analoji pozuntularla ittiham olunmuşdular. Bütün iyul ayı və avqust ayının əvvələrində İnternetdə, Livanın informasiya agentliklərinin nümayiş etdirdikləri şəkillər ətrafında ciddi ehtiraslar qaynayırdı. Nəticədə, Reuters üzr istəmək və arxivindən minə yaxın şəkili çıxarmaq məcburiyyətində qaldı, Britaniyanın BBC telekompaniyası üzərində isə İsrail məmurları tərəfindən boykot edilmə təhlükəsi asıldı.
İsrailin Xarici İşlər Nazirliyinin nümayəndələrinin dediyi kimi, israillilər münaqişənin birtərəfli işıqlandırılmasına görə təkrar boykotun tətbiq edilməsini tələb edirlər. İndi israillilərin, Rusiya KİV-lərini qərbin «xüsusilə fərqlənmiş» KİV-ləri ilə bir sıraya qoymaları üçün tutarlı əsasları var. Lakin «Birinci kanal», «Rossiya» və NTV-nin nümayəndələri sevinərək deməsinlər ki, bizim nəyimiz BBC və «Fox News»dan artıqdır ki. Çünki Rusiya jurnalistlərinə qarşı olan iddialar, onların xarici həmkarlarına qarşı olan ittihamlardan daha ciddidir. Bizim telekanalların livanyönlü mövqeyini yalnız sosioloqlar deyil, jurnalistlər özü də təsdiq edirlər. Beləki, NTV-nin aparıcısı Vladimir Solovyov, hərbi münaqişənin işıqlandırılmasındakı əyrilikləri, ictimaiyyəti «Hizbulla»nın terrorist təhlükəsinin reallığına inandıra bilməyən İsrailin informasiya fəallığının aşağı səviyyəsi ilə izah edir.
Nəhayət, qərb yayımçılarının Rusiya yayımçılarından son fərqi ondan ibarətdir ki, ərəb-israil münaqişəsinin işıqlandırılması zamanı birincilər yalnız öz redaksiya siyasətlərini rəhbər tutur, Rusiya yayımçılarının mövqeyi isə dövlətin mövqeyi ilə üst-üstə düşürdü. Son zamanlar Moskva özünün Yaxın Şərqdə nüfuzunu gücləndirməyə çalışır. Burada, göründüyü kimi, əsasən ərəblərə güvənirlər. Sonuncu ərəb-israil münaqişəsinin gedişi zamanı mərkəzi telekanalların mövqeyi rusiyalılara asanlıqla Moskvanın rəyini açıqlayırdı, lakin hadisələrin özü haqqında BBC və CNN-dən daha düzgün məlumat almaq olardı.

Vladimir Motorin

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO