DYP Mətbuat Şurasının təsdiqlədiyi press-kartları qanunsuz sayır

Mətbuat Şurasının əsasnaməsində press-kartların verilməsi qaydalarında avtomobillərlə bağlı bənd var. Həmin bənddə qaydalar öz əksini tapıb. Yəni bilavasitə redaksiyaların istifadəsində, balansında olan nəqliyyat vasitələrinə iki il müddətinə xüsusi press-kartlar verilir”.
Bu sözləri Modern.az saytına açıqlamasında Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə deyib.

O qeyd edib ki, avtomobillərə press-kartlar verilərkən müəyyən rüsum alınır. “Rüsumun məbləği 10 manatdır, bu isə həmin press-kartın hazırlanmasına sərf olunur, yəni heç bir kommersiya niyyəti yoxdur”.

R. Hüseynzadə qeyd edib ki, avtomobillər üçün press kartlar verilərkən redaksiyanın imici, “qara siyahı”da olmaması, etik prinsiplərə nə dərəcədə əməl etməsi nəzərə alınır.

“Onu gəzdirən eyni zamanda öz redaksiyalarının da reklamını aparmış olurlar. Press-kartın alınması üçün baş redaktor tərəfindən Mətbuat Şurasına məktub ünvanlanır. Təbii ki, hər baş redaktorun da məktubu və ya xahişi nəzərə alınmır. Nəzərə alınır ki, bu redaktorun ictimaiyyətə təqdim etdiyi mətbu orqan ictimaiyyət tərəfindən necə qəbul olunur. Əgər sabah redaksiya öz nüfuzunu, imicini itirirsə, gedib qara işlərlə də məşğul olursa da təbii ki, onun əlindən press kart alınır”.

İcraçı katib hələlik press-kartlardan sui-istifadə halları ilə bağlı onlara müraciət daxil olmadığını bildirib. “Bu da onu göstərir ki, Mətbuat Şurası press-kartları verərkən onun məsuliyyətli tərəflərini nəzərə alır. Müntəzəm yayımlanan, gündəlik çıxan, qara siyahıda olmayan, Mətbuat Şurasının demək olar ki, üzvlərinin əksəriyyəti öz nəqliyyat vasitələri üçün vahid press kartlardan istifadə edirlər”.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev qanunvericilikdə avtomobillərə press-kartların vurulması ilə bağlı elə bir şeyin nəzərdə tutulmadığını bildirib. O bildirib ki, bu hardasa sürücünün görünüş dairəsini məhdudlaşdırdığı üçün yolverilməzdir.

“İndi jurnalistlər müəyyən səbəblərdən fərdi maşınlarına yapışdırırlar, hesab etmirik ki, düzgün haldır. Sürücünün görünüş dairəsini məhdudlaşdırılmamaq şərti ilə ola bilər ki, elə bir şey verilsin. Sui-istifadə hallarına gəlincə, kimsə ola bilər ki, müəyyən qədər məsuliyyətdən yayınmaq üçün elə bir kartlardan istifadə etməyə üstünlük versin. Amma hər kəs bilməlidir ki, qanun qarşısında hamı eyni məsuliyyəti daşıyır. Avtomobillərə press-kartların vurulmasından sui-istifadə halları olub, amma bu sürücünü məsuliyyətdən azad etmir”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO