Dörd radiostandartı dəstəkləyən ilk çip təqdim olunub!

Dörd radiostandartı dəstəkləyən ilk çip təqdim olunub!Yeni qurğuların bu ilin sonunda satışa çıxarılması nəzərdə tutulub

“Texas Instruments” (TI) şirkəti mobil qurğular üçün “WLAN 802.11n”, GPS və “Bluetooth” modulları, eləcə də siqnalın FM-diapazonunda qəbul edilməsi və ötürülməsi funksiyalı ilk prosessor təqdim edib.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni çipin köməyi ilə əlavə rabitə modullarından istifadə etməməklə daha yüksək məhsuldarlıqlı qurğular istehsal etmək mümkün olacaq.

Belə vəziyyətdə həmçinin buraxılacaq qurğuların ölçülərini də kiçiltmək mümkündür. “WiLink 7.0” adlı bu prosessor ilk növbədə smartfon, portativ mediapleyer, mobil-internet, oyun, eləcə də personal naviqasiya qurğuları üçün nəzərdə tutulub. Bir prosessorun bir neçə rabitə modulları ilə təmin olunması çipin maya dəyərini 30% azaltmaq, onun ölçüsünü iki dəfə kiçiltmək və mövcud modellərə nisbətən uyğunluğunu artırmaq imkanı verib.

“WiLink 7.0 Bluetooth 3.0” standartını, o cümlədən “Bluetooth low-energy” xüsusiyyətlərini dəstəkləyir. GPS-qəbuledicininin bilavasitə prosessorda quraşdırılmaqla “Texas Instruments” enerji sərfiyyatını azalda, habelə istifadəçinin şəhər binasında yerinin müəyyən olunması funksiyasının dəqiqliyini artıra bilib.

Yeni prosessor istifadəçilərə eyni zamanda 802.11n standartlı şəbəkə vasitəsilə onlayn-oyunlar oynamağa, televizora videosiqnal ötürməyə və simsiz “Bluetooth” qarniturunda istifadə etməklə musiqi dinləməyə imkan verir.

“Texas Instruments” in yeni məhsulu bazasında bir sıra mobil telefon prototipi artıq cari ilin 15-18 fevral tarixində Barselonada keçiriləcək “Mobile World Congress” sərgisində nümayiş etdirilə bilər. Yeni qurğuların bu ilin sonunda satışa çıxarılması nəzərdə tutulub.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO