Yanvarın 28-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin 5 illik yubileyi ilə əlaqədar 2006-2010-cu illərdə işıq üzü görmüş nəşr məhsullarından ibarət kitab sərgisi keçiriləcək.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, sərgidə təqdim olunan kitabların əksəriyyəti mədəniyyət, incəsənət, ədəbiyyat, kulturologiya, mədəni irsin qorunması və turizm sahələrini əhatə edir.
Tədbirdə 3 dildə nəşr olunan “Mədəniyyət” kataloqunun 4-cü sayının və “Bizim nəşrlər” kataloqunun təqdimat mərasimi də olacaq.