Dünyann ilk avtomobil televiziyası açıldı

Bu gün televiziya yaratmaq hər kəsin işi deyil. Heç televiziya yaratmağı və televiziyaya sahib olmağı dünyanın ən aparıcı avtomobil konsernləri belə düşünmürlər. Hətta dünyanın ən iri avtomobil istehsalçıları belə bir riskə girməkdən çəkinir. Baxmayaraq ki, bu gün bəzi avtomobil şirkətlərinin internetdə onlayn rejimdə yayımlanan televiziyaları var.

Fransanın “Renault” avtomobil istehsalçısına məxsus olan və uzun müddətdir internetdə onlayn rejimdə yayımlanan dünyann ilk avtomobil televiziyası “Renault TV”nin peyklə yayımına start verilib. Bundan sonra avtomobil konserninə məxsus televiziya 24 saat peyk vasitəsi ilə “Canalsat” və “Sky” sistemlərində yayımlanacaq.

“Renault TV”nin efirində fransız breninin yeniliklərindən, nümayiş olunan test-drayvlardan, şirkətin retro modelləri barədə proqramlar və dünya avtomobil bazarı barədə xəbərlər yayımlanacaq.

Televiziyanın efirində şou proqramlar da var. Belə ki, iki aşpaz Böyük Britaniya ilə “Renault” avtomobilində səyahət edirlər və müxtəlif xalqların, mədəniyyətlərin mətbəxləri ilə tanış olurlar. Başqa bir şou proqramda isə sərnişinlər “Renault Espace” taksisinə əyləşib sürücünün suallarına cavab verərək pul qazanmaq imkanı əldə edirlər.

Qeyd edək ki, bu gün dünyada “Mercedes-Benz” və “Audi” avtokonsernlərinin şəxsi televiziyaları var. Amma bu telekanallar ancaq internetdə yayımlanır və özlərinin istehsal etdiyi məhsulları reklam edirlər./ANS PRESS/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO