“Dünya uşaq ədəbiyyatının inciləri” adlı beynəlxalq kitab sərgisinin açılış mərasimi keçirilib

Bu gün Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında “Uşaq İli” çərçivəsində “Dünya uşaq ədəbiyyatının inciləri” adlı beynəlxalq kitab sərgisinin açılışı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə kitabxananın direktoru Firuzə Quliyeva, Yaponiyanın Azərbaycandakı Səfirliyinin katibi Makoto Furukava və digər şəxslər iştirak edib.

Tədbirdə çıxış edən F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Firuzə Quliyeva bildirib ki, sərginin əsas məqsədi kitab mədəniyyətinin təbliği, dünya uşaq ədəbiyyatı nümunələrinin daha aydın şəkildə göstərilməsi və ona maraq yaratmaqdır.

Yaponiyanın Azərbaycandakı Səfirliyinin katibi Makoto Furukava yapon uşaqlarının kitabdan daha çox internetə maraq göstərdiklərini qeyd deyib.

Sərgidə nümayiş etdirilən kitablar Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına hədiyyə ediləcək. Həmin nəşrlər kitabxananın nadir nüsxələr fondunda saxlanılacaq və geniş oxucu kütləsinin istifadəsinə veriləcək.

“Dünya uşaq ədəbiyyatının inciləri” adlı beynəlxalq kitab sərgisi dekabrın 19-dək davam edəcək. Sərgidə ABŞ, Böyük Britaniya, Almaniya, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Türkmənistan, Rumıniya, Latviya, Litva, Hindistan, Misir, İtaliya və digər ölkələrin uşaq ədəbiyyatları nümayiş etdiriləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO