Dünya mətbuatı Konqresdəki şou-səsvermə barədə

Dünya mətbuatı Amerika Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində qondarma “erməni genosidi” qətnaməsinin qəbulu ilə bağlı keçirilmiş şou-səsvermə barədə şərhlər verir.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa mətbuatı baş verənləri Türkiyə-Amerika münasibətləri üçün böhran kimi qiymətləndirib. Qeyd olunur ki, Konqresin son addımı bir sıra xarici siyasət məsələlərində Türkiyənin yardımına ehtiyac hiss edən prezident Barak Obamanı pis vəziyyətdə qoyacaq. Qəzetlər qeyd edir ki, bu qərar Türkiyə -Ermənistan normallaşma prosesinə də zərbə vuracaq.

THE NEW YORK TIMES

Qəzet yazır ki, president Barak Obamanın qondarma sənədin qəbulunun Türkiyə-ABŞ münasibətlərinə zərər vura biləcəyi barədə Konqres üzvləinə göndərdiy müraciətinə baxmayraq, xarici əlaqələr komitəsi cəmi bir faiz səs fərqi ilə “ermənilərin genosidi”nin tanınmasını nəzərdə tutan qətnaməni qəbul etdi. Qeyd olunur ki, Konqres üzvləri Amerikanın regional və təhlükəsizlik maraqları adına həyati əhəmiyyət kəsb edən NATO ortağı Türkiyə ilə ilişkiləri qorumaq və keçən yüz ilin ən qaranlıq dönəmlərindən birini qınamaq məsələsi arasında qərarsız qalıblar.

THE WASHINGTON POST

Qəzet yazır ki, erməni məsələsi Barak Obama yönətimini yol ayrıcına soxdu. “ABŞ administrasiyasının çox sahələrdə Türkiyə ilə işbirliyinə ehtiyacı var. Türkiyə Əfqanıstandakı koalisiyaya hərbi yardımlarla dəstək olur və İraqdakı ABŞ güclərinin dəstəklənməsi üçün “İncirlik” Hərbi Hava Bazasından istifadə etməyə icazə verib. Türkiyə ayrıca olaraq BMT Təhlükəsizlik Şurasının keçici üzvlərindən biridir və bu ölkənin dolayısı ilə qonşusu İrana qarşı tətbiq olunacaq sanksiyalar üzərində səsvermə hüququ var”.

THE WALL STREET JOURNAL

Jurnal yazır ki, son səsvermə ABŞ-ın müdafiə-hərbi şirkətləri Lockheed Martin Corp., Boeing Co., Raytheon Co., United Technologies Corp. ve Northrop Grumman Corp kimi nəhəng kompleksləri üçün qayğı yaradıb. Türkiyə bu şirkətlərlə helikopter, raket və F-35 hərbi təyyarələri kimi bir çox hərbi texnikanıın tədarükü üçün anlaşma əldə edib. Adı çəkilən şirkətlər indi Türkiyə kimi bir bazarı itirmək qorxusundan narahatdırlar. FINANCIAL TIMES

Qəzet qeyd edir ki, “Ankara bir müddətdir ki, qondarma erməni məsələsinin Ankara- Vaşinqton münasibətlərinə zərər vuracağı barədə xəbərdarlıqlar edir. Türkiyə Ermənistanla münasibətlərin də normallaşmasına çalışır. Vaşinqton isə bu anda Ankaranın İrana qarşı təzyiqləri artrmağa razı salmanın yollarını arayır”.

THE GUARDIAN

Qəzet qeyd edir ki, Nümayəndələr palatasının qərarı erməni əsilli amerikalıların fəal lobbi fəaliyyətlərinin nəticəsidir. Ötən il ABŞ Erməni Komitəsi Konqresi belə bir qərar almağa razı salmaq üçün 50 min dollar xərcləyib. “Hətta Konqres ABŞ prezidenti Barak Obamadan 24 aprel qondarma “genosid”in ildönümü münasibətilə çıxışında ”soyqırım” sözünü işlətməsini də istədi”.

DAILY TELEGRAPH

Qəzet qeyd edir ki, erməni məsələsi prezident Barak Obamanı çətin duruma salıb. Bir tərəfdə tarixdə yaşanan olayların “soyqırım” olduğunu rədd edən NATO üzvü Türkiyə olarkən, digər tərəfdə isə noyabr ayında keçiriləcək seçkilər öncəsi önəmli bir seçici kütləsi və onların Konqresdəki dəstəkçiləri olan erməni əsilli ABŞ vətəndaşları durur. THE TIMES

Qəzet qeyd edir ki, Barak Obama hakimiyyətinin qondarma erməni qətnaməsinin Nümayəndələr Palatasının Baş Məclisində keçməsinin qarşısını alma şanslar hələ var. “Lakin qətnamənin xarici əlaqələr komitsində qəbulu ABŞ-ın ən yaxın müsəlman müttəfiqi kimi Türkiyə ilə münasibətlərinin pozulması təhlükəsini artırır. Vaşinqton Şimali İraqa girmək və regionda İranın təklənməsi məsələsində Türkiyənin köməyinə ehtiyac duyur. Obama prezident seçkisiönü kampaniyasında ötən əsrin əvvələrində baş verənləri “soyqırm” kimi tanıyacağına söz vermişdi. Ancaq ötən il Ankaraya səfərində Türkiyəni model bir ölkə olaraq təqdir etmiş və “soyqırım” kəlməsini tələffüs etməmişdi”

EL PAIS

İspaniyada nəşr olunan qəzet qeyd edir ki, erməni məsələsi Türkiyə və ABŞ arasında yeni bir böhran yaratdı. Qəzet qondarma sənədin qəbuluna cavab olaraq Türkiyənin Vaşinqtondan səfirini geri çağırdığını qeyd edir.

EURONEWS

Telekanal qeyd edir ki, qondarma sənədin qəbulu və türk diplomatının Vaşinqtondan geri çağırılması ABŞ və Türkiyə arasında diplomatik böhran yarada bilər.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO