Dünya mətbuat azadlığı komitəsi Azərbaycan prezidentinə müraciət edib

Dünya Mətbuat Azadlığı Komitəsi prezident İlham Əliyevə müraciət edib. Mərkəzi ofisi ABŞ-ın Nyu-York şəhərində yerləşən qurumun müraciətini sədr Riçard Uinfild imzlayıb.

“Media forum” saytının məlumatına görə, müraciətdə deyilir: “Hörmətli cənab prezident!

Dünya Mətbuat Azadlığı Komitəsi dünyanın hər yerindən 45 mətbuat azadlığı qrupunu təmsil edən bir təşkilat kimi Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına dəstək olaraq Azərbaycanda həbsdə olan jurnalist Eynulla Fətullayevin tez bir müddətə azadlığa buraxılmasını tələb edir. Komitə sizi və hökumətinizi məhkəmənin qərarına əməl etməyə çağırır.

Cənab Fətullayevin təqsirləndirilən iki cinayət işindən irəli gələn bütün ittihamlardan azad edilməsi ilə əlaqədar aprelin 22-də qərar verilib. Həmin cinayət diffamasiyasından biri 2007-ci ilin aprel ayına təsadüf edir ki, bununla cənab Fətullayevə 30 aylıq azadlıqdan məhrumetmə cəzası verilib. İkinci diffamasiya isə 2007-ci ilin oktyarında ona verilən səkkiz il altı ay həbs cəzası ilə əlaqədardır. Məhkəmə Fətullayev barəsində verilən hər iki hökmün qüvvəsiz olduğu haqda qərar verib. Eyni zamanda, məhkəmə aşkar edib ki, yerli məhkəmə tərəfindən verilən qərar Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə istintaqı və təqsirsizlik prezumpsiyası şərtlərinə ziddir.

Cənab prezident, biz bir daha sizdən cənab Fətullayevin qanunsuz həbsinə son qoymağı, məhkəmənin tələblərinə əməl etməyi və onun ən tez müdədətə həbsxanadan azadlığa buraxılmasını tələb edirik”.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO