“Dünya Ədəbiyyatı Kitabxanası” (DƏK) seriyasından daha üç kitab işıq üzü görüb. Bunlar 2 cilddən ibarət Viktor Hüqonun “Seçilmiş əsərləri”, Nobel mükafatçısı Jorji Amadunun “Seçilmiş əsərləri” və Alman ədəbiyyatı antologiyasıdır.
Məlumat üçün bildirək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə nəşr olunan DƏK seriyası 150 kitabdan ibarətdir. Bu seriyaya daxil olan 31 kitab artıq çapdan çıxıb.