“Dünya ədəbiyyatı kitabxanası ” seriyasından 34 kitab nəşr olunmuşdur

“Dünya ədəbiyyatı kitabxanası” seriyasından çap olunması nəzərdə tutulan 150 kitabdan 34-ü artıq nəşr edilmişdir. 50 adda kitab isə artıq çap olunmaq üçün mətbəəyə təhvil verilmişdir.
Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən layihə müasir Azərbaycan oxucusunun dünya ədəbiyyatına mənəvi tələbatını təmin etmək məqsədini daşıyır.
AzərTAc xəbər verir ki, “Dünya ədəbiyyatı kitabxanası” dörd bölmədən ibarətdir. Buraya klassik və müasir ədəbiyyat, antropologiyalar və Nobel mükafatı laureatlarının əsərləri daxildir. Nəşrlərdə yazıçıların əsərləri ilə yanaşı, onların həyatı, ədəbi xarakteristikası barədə ətraflı məlumat verilir. Kitabların tərtibatını, tərcüməsini, redaktə və korrektəsini Bakı Slavyan Universitetinin bir qrup mütəxəssisi öhdəsinə götürmüşdür.
Layihədəki 120-dək müəllifin əsərləri Azərbaycan dilinə ilk dəfədir ki, tərcümə olunur.
“Dünya ədəbiyyatı kitabxanası”na abunə yazılışı artıq başlanmışdır. Hazırda abunəçilərin sayı mini keçmişdir.
Hər ay 2-4 kitabın çap olunmasını nəzərdə tutan layihənin bundan sonra üç il davam edəcəyi gözlənilir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO