Respublikamızda səfərdə olan Dünya Bankının gənclər proqramının keyfiyyət, monitorinq və qiymətləndirilmə üzrə baş məsləhətçisi Azra Kaçapor Nurkiç Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) təşkilatın sədri Umud Rəhimoğlu ilə görüşüb. U.Rəhimoğlu BAMF-ın fəaliyyət istiqamətləri, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri, humanitar və inkişaf sahəsində həyata keçirilən layihələr barədə qonağa məlumat verib, Dünya Bankının maliyyə vəsaiti ilə yerli və məcburi köçkün şagirdlər arasında həyata keçirilən “Ortaq məktəblərdə yerli və məcburi köçkün şagirdlər arasında qarşılıqlı sosial əlaqələrin inkişaf etdirilməsi, stimullaşdırılması” layihəsinin zəruriliyini bildirib. A.Nurgiç BAMF-la yaxından tanışlığına çox şad olduğunu deyib. Qonağı maraqlandıran suallar ətrafında geniş fikir mübadiləsi aparılıb.