Dünya şairlərinin birinci beynəlxalq konfransı

Dünya şairlərinin birinci beynəlxalq konfransıAprelin 17-də İran İslam Respublikasında dünya şairlərinin birinci beynəlxalq konfransı reallaşacaq. Konfransda azərbaycanlı şairlər də iştirak edəcəklər. Bu barədə Azərbaycan Yazıçılar Birliyindən (AYB) məlumat veriblər. Tehran, İsfahan və Şiraz şəhərlərində keçiriləcək konfransa 29 ölkədən 51 şair qatılacaq.
Konfransa Azərbaycanla yanaşı, Albaniya, Türkiyə, Əfqanıstan, Ermənistan, Bolqarıstan, Banqladeş, Pakistan, Peru, Tacikistan, Tunis, Çin, Rusiya, Şirilanka, Danimarka, Hollandiya, Sudan, Suriya, Qazaxıstan, Qırğızıstan, Filippin, Qətər, İraq, Hindistan, Yunanıstan və s. ölkələrdən şairlər dəvət olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO