“Dünən, bu gün, o tay, bu tay ” adlı kitab

İstedadlı şair və ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyi “İrs” komissiyasının sədri Sona Xəyalın “MBM” nəşriyyatında xalq şairi Rəsul Rzanın 100 illik yubileyinə həsr olunmuş “Dünən, bu gün, o tay, bu tay” kitabı nəşr olunub. Kitab Xalq Yazıçısı Anarın Sona Xəyal haqqında yazdığı “Ön söz əvəzi” yazısı ilə açılır. Nəşrdə müasir yazıçı və şairlərlə yanaşı, ədəbiyyatımızın tarixini yaradan və yaşadan sənətkarlardan, o taylı, bu taylı Azərbaycan ədəbiyyatının görkəmli simalarından danışılır. “Rənglər” fars dilində”, “Fikrət Sadığın söz hörgüsü”, “Balaş Azəroğlu”, “Anarın “Dədə Qorqud”u İranda”, “Varlığ”ın yeni sayı” və digər sərlövhəli 70-dən çox məqalələr toplusundan ibarət olan bu kitab oxucular tərəfindən maraqla qarşılanıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO