«Diasporun səsi» jurnalının Rusiyada təqdimatı olub

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təsisçiliyi ilə yeni işıqüzü görən «Diasporun Səsi» jurnalının Rusiya Federasiyasının Kirov və Nijni-Novqorod şəhərlərində təqdimat mərasimi keçirilib. Bu barədə «Mərkəz»ə BDM-in mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Rusiya vilayətlərinə səfər edən BDM aparatının rəhbəri Samir Adıgözəlli «Diasporun Səsi» jurnalının nəşri və qarşıya qoyduğu məqsədlər haqqında çıxış edib. O, diaspor nümayəndələri ilə görüşlər keçirərək, Rusiyada yaşayan həmvətənlərimizlə diasporumuzun təşkilatlanma vəziyyəti haqqında geniş müzakirələr aparıb. S. Adıgözəlli Ümumrusiya Azərbaycan Konqresinin Kirov Vilayətindəki rəhbərliyi ilə birlikdə vilayət qubernatorluğunun təşkil etdiyi tədbirdə də iştirak edib. Müzakirələr zamanı BDM-in Kirov Vilayətində nümayəndəliyinin yaradılması ilə bağlı müzakirələr aparılıb. Yaxın günlərdə BDM İdarə Heyəti tərəfindən bu barədə qərar qəbul ediləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO