Diasporla İş üzrə Dövlət Komitəsinin jurnalistlər üçün müsabiqəsi davam edir

Diasporla İş üzrə Dövlət Komitəsi 10-cu ildönümü münasibətilə Azərbaycan diasporunun ötən on il ərzində keçdiyi inkişaf yolu və Dövlət Komitəsinin fəaliyyəti barədə ictimaiyyətin ətraflı məlumatlandırılması məqsədilə keçirdiyi «Azərbaycan diaspor və lobbi quruculuğu mövzusunda ən yaxşı məqalə” müsabiqəsini davam etdirir.

Komitədən SalamNews-a verilən məlumata görə, müsabiqədə KİV-də çalışan jurnalistlər iştirak edə bilər və hər jurnalistin yalnız bir məqaləsi qəbul olunur. Məqalələr bu elan dərc edildiyi gündən 2012-ci iyunun 15-dək gündəlik qəzetlərdə, eləcə də media məkanının aparıcı informasiya saytlarında çap edilməli, “Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin elan etdiyi müsabiqədə iştirak üçün” qeydi göstərilməlidir.

Məqalə minimum 5000 kompyuter işarəsi həcmində olmalıdır. Məqalənin mətbuatda çap olunan və ya elektron saytda verilən variantında müəllifin imzası vacibdir. Başqa müsabiqələrdə iştirak etmiş yazılar qəbul olunmur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO