DEMOKRATİK İSLAHATLAR PARTİYASI ÜÇ JURNALİSTİ MÜKAFATLANDIRDI

Partiyadan «Media forum»a verilən məlumata görə, sədr Asim Mollazadə mükafatları «Exo» qəzetinin əməkdaşı Nuraniyə (xarici siyasət və beynəlxalq terrorizm təhlükələri sahəsindəki yazılarına görə), «Alma» qəzetinin əməkdaşı Günel Mövluda (qaçqınların həyatına həsr olunmuş və sosial sahədə yazılarına görə) və «Bizim yol» qəzetinin əməkdaşı Natiq Cavadlıya (siyasi reportajlarına görə) təqdim edib.

A.Mollazadə mükafatın davamlı olacağını və hər il Azərbaycan Jurnalistikası Günü xüsusi komissiyanın seçdiyi jurnalistlərə təqdim ediləcəyini deyib.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO