“Demokrat ” köşklərə çıxdı

Martın 4-də “Demokrat” qəzetinin ilk sayı köşklərə çıxıb. “Media forum” saytı xəbər verir ki, əvvəllər “525-ci qəzet”də və “Yeni Müsavat”da çalışmış jurnalist Mustafa Hacıbəylinin baş redaktor olduğu nəşrin ilk sayında tanınmış yazarlar Şahbaz Xuduoğlu, Qan Turalı, Elnur Astanbəyli, Əziz Rzazadə, Ramin Dekonun, hüquqşünas Erkin Qədirlinin imzaları var.

Təsisçi Elşən Qəni ilk sayda qəzetin məramını açıqlayıb: “Demokrat”ın səhifələrində azad sözün kökündə ikiləşmə, bir-birinə cəbhə açma yox, sözün müstəqim mənasında doğruluq və vicdanlılıq prinsipini saxlayaraq partiyasız, diktəsiz müstəqil fikir ortamı mövcudlaşdırmaq məramındayıq”.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO