Ədəbiyyat və İncəsənət Arxivinin 45 yaşı tamam olacaq

Ədəbiyyat və İncəsənət Arxivinin 45 yaşı tamam olacaqİyul ayının 17-də Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin 45 yaşı tamam olacaq. Əlamətdar gün ərəfəsində arxivin fondu daha da zənginləşir. Bu günlərdə arxivə xalq şairləri Nəbi Xəzri, Qabil, görkəmli dramaturq, ictimai xadim Nağı Nağıyevlə bağlı qiymətli materiallar daxil olub. Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təkcə Xalq Şairi Qabilin 500-dən çox yeni əlyazması təqdim edilib. Bu sənədlər arasında şairin “Nəsimi” poemasının, ömrünün sonuna yaxın qələmə aldığı çoxsaylı şeirlərin əlyazmaları xüsusilə əhəmiyyətlidir. Bundan əlavə, görkəmli yazıçı Nağı Nağıyevin arxivə yeni daxil olmuş şəxsi fondu da maraq doğurur. Bu il anadan olmasının 100 illik yubileyi qeyd ediləcək yazıçının arxivdə saxlanılan əlyazmaları əsasında üçcildlik kitabı tərtib olunub. Kitablarda ədibin romanları, povestləri, hekayə, felyeton, miniatür yazıları, xatirələri və oçerkləri yer alıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO