H. Cavid və A. Şaiqin müəllifi olduğu “Ədəbiyyat dərsləri” adlı kitab AMEA H.Cavidin Ev Muzeyi tərəfindən yenidən nəşr edilib. Kitabda ədəbiyyat nəzəriyyəsinə aid o dövrkü biliklər diqqətə çatıdırılır, ədəbiyyatın qanun-qaydaları, ədəbi əsər yazmağın üsulları şərh olunur. Kitabın transliteratoru muzeyin direktoru, f.e.n. Gülbəniz Babaxanlı, redaktorları isə AMEA-nın müxbir üzvü Teymur Kərimli və f.e.d Gülşən Əliyevadır. Qeyd edək ki, nəşr Hüseyn Cavid və Abdulla Şaiqin müəllifliyi ilə 1919-cu ildə Bakıda, Hökumət mətbəəsində nəşr edilən “Ədəbiyyat dərsləri” adlı dərsliyin əski əlifbadan latın qrafikasına transfonoliterasiya olunmuş təkrar nəşridir.