Dövlət Dillər Universitetində tənqidçi-ədəbiyyatşünas Məsud Əlioğlunun «Darıxan adamlar» kitabının təqdimat mərasimi keçirilib. Azərbaycan ədəbiyyatının tərəqqisi və inkişaf yollarının müəyyənləşdirilməsində böyük əməyi olmuş Məsud Əlioğlunun bu toplusunu görkəmli yazıçı və şairlərin yaradıcılığına, ümumiyyətlə ədəbiyyat tarixinə ekskurs adlandırmaq olar.