73 yaşlı kurt Vesterqaard bu kitab üçün 26 şəkil çəkib. Copenhagen Post nəşri ilə söhbətində rəssam heç vaxt bir din kimi islamın əleyhinə olmadığını, lakin radikal islam problemini də diqqətdən kənarda qoymadığını bildirib. Nəşr qeyd edir ki, müsəlmanların dəfələrlə hədələdiyi rəssam kitabın nəşrinin yeni karikatura qalmaqalına səbəb olacağından ehtiyatlanmır. Qeyd edək ki, ilk dəfə Məhəmməd Peyğəmbərin karikaturaları 2005-ci ildə Danimarkanın Jyllands-Posten qəzetində dərc edilmiş və 2006-cı ildə dünya üzrə müsəlmanların kütləvi çıxışlarına səbəb olmuşdur.
Mənbə: lenta.ru