“Ədalət ” qəzetinin redaktoru “Gənc Reportyorlar”a vəd verdi…

“Gənc Reportyorlar klubu”nun növbəti görüşü Media Mərkəzində baş tutub. Bu dəfəki qonaq “Ədalət” qəzetinin redaktoru, Jurnalist Ekspert Mərkəzinin rəhbəri Ceyhun Musaoğlu olub. Son zamanlar daha çox xəbər portallarında köşə yazıları ilə oxucuların görüşünə gələn Ceyhun Musaoğlu “Gənc Reportyorlar”la birlikdə “Azərbaycan mətbuatında sağlam tənqid problemi”nin həlli yollarını axtarıb. Tənqid yazmaq üçün yüksək savadın zəruri olduğunu bildirən C.Musaoğlu “qərəzli tənqid sağlam və savadlı adamın işi deyil” deyə qeyd edib. 1 saat baş tutan tədbir Klubun fəaliyyətini yüksək qiymətləndirən Ceyhun Musaoğlu belə deyib: “Bizim vaxtımızda belə şeylər yox idi. Heç buna şərait də yox idi. Biz belə söhbətlərimizi ancaq yeyib-içmək məclislərində edirdik. Həm sizin yaşadığınız zaman yaxşı zamandır, həm də siz özünüz sağlam fikirli, diri uşaqlarsız”.

Ceyhun Musaoğlu gənc reportyorlara redaktoru olduğu “Ədalət” qəzetində bir səhifə ayıracağına söz verib. Belə ki, “Gənc Reportyorlar klubu”nun üzvləri onlara ayrılan bu səhifədə reportajlarla çıxış etmək imkanı qazanıblar.

Qeyd edək ki, üzvlər Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələrindən ibarət olan və artıq bir ildir ki, fəaliyyət göstərən “Gənc Reportyorlar klubu” bu görüşlə bərabər sayca doqquzuncu tədbirini keçirib.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO