Bu yaxınlarda “Qanun” nəşriyyatında Svetlana Quliyevanın Dalğa” adlı romanı çapdan çıxıb. Kitab keçən il Azərbaycan Dövlət Neft Akademiyasında terror aktı zamanı həlak olmuş insanlara ithaf olunub. “Dalğa” psixoloji romandır, burada özünü və həyatda özünə yer tapa bilməyən gənc oğlanın daxili iztirabları, ətrafındakı insanlarla qəliz münasibətləri, istəkləri uğrunda mübarizə aparmamağı təsvir edilib. Baş qəhrəmanın simasında cəmiyyətimizdə bu gün çox böyük vüsət almış boşanma hadisələrinin övladlara təsiri və bunun nəticəsində müəyyən problemlər yaşayan insanların cəmiyyətdə özünə yer tapa bilməməsi, özünə inamsızlığı, qərarsızlığı və passivliyi göstərilib. Əsərdə valideyn-övlad, əsasən də, ana-oğul konflikti ortaya qoyulub.
Qeyd edək ki, bu müəllifin ilk romanıdır.