Daha bir saytı dağıtdılar

Publika.az saytına misli görünməmiş haker hücumu var və bu, təxminən bir ay öncəki analoji hücumdan qat-qat güclüdür.

Bu barədə musavat.com-a adı çəkilən saytın rəhbəri Elçin Əlibəyli xəbər verib.

E.Əlibəylinin sözlərinə görə, haker hücumu bu dəfə də Türkiyədə işləyən telekommunikasiya şirkətinin İP-lərindən edilir: “Biz onun kimliyini təsbit etmişik, ancaq bəzi mülahizələrə görə adını çəkmək istəmirəm. O, Azərbaycan vətəndaşıdır. Böyük ehtimalla sifariş yerinə yetirir. Bu hakerin məqsədi ölkənin populyar saytlarının fəaliyyətinə əngəl törətməkdir”.

Publika.az rəhbərinin dediyinə görə, bu dəfəki hücumun daha şiddətli olması səbəbindən ola bilər ki, bu və digər saytlar bir neçə gün ərzində fəaliyyətlərini dayandırmalı olacaqlar.

Xatırladaq ki, dünən apa.az, day.az, 1news.az, vesti.az kimi saytlar da haker hücumuna məruz qalıb.

***

E. Əlibəyli “Qafqazinfo”ya bildirib ki, Türkiyədən sayta olan girişlər məhdudlaşdırılıb və hazırda publika.az-ın fəaliyyəti bərpa olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO