Daha 5 KİV-in adı “qara siyahı “ya salındı

İdarə Heyəti digər 5 qərarın qəbulunda Şuranın “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının 28 sentyabr 2010-cu il tarixli iclasının rəylərini əsas götürüb. “Rəsmi Azərbaycan” və “Vedi inform” qəzetlərinin adları Şuranın “qara siyahı”sına salınarkən bu nəşrlərin əməkdaşlarının yol verdiyi hüquqa zidd hərəkətlərə istinad edilib. Eyni zamanda nəzərə alınıb ki, bu KİV-lərdə jurnalist adından sui-istifadə halları üstünlük təşkil edir. Oxşar motivlər “Həftəlik Azərbaycan” və “Azad yeni fikir” qəzetlərinin də “qara siyahı”ya salınmasına səbəb olub.

“Bizim dövr” qəzeti ilə bağlı məsələnin müzakirəsi zamanı bildirilib ki, bu nəşr Şuranın “qara siyahı”sında yer alan “Yeni dövr” qəzetinin yolunu davam etdirir. Belə ki, birincinin təsisçisi və baş redaktoru Hikmət Nəcəfli ikincidə də eyni postları tutur. “Bizim dövr” nəinki jurnalist adına ləkə gətirir, üstəlik məqsədlərinə çatmaq üçün insanların əsəblərini daimi gərginlik içərisində saxlamaq yolu tutur. Şuraya daxil olan çoxsaylı şikayətlərdə də qəzetin belə fəaliyyəti vurğulanır. İdarə Heyəti bu KİV-in adının “qara siyahı”ya salınması ilə bağlı qərar qəbul etməklə yanaşı, mətbu orqan barəsində toplanmış materialların inzibati orqanlara göndərilməsini məqsədəuyğun sayıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO