İctimai Teleradionun baş direktoru İsmayıl Ömərov TÜRKSOY Təşkilatı tərəfindən mükafata layiq görülüb

İctimai Teleradionun baş direktoru İsmayıl Ömərov TÜRKSOY Təşkilatı tərəfindən mükafata layiq görülüb İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərov TÜRKSOY tərəfindən mükafatlandırılıb.

APA-nın məlumatına görə, mükafat İ.Ömərova Türk dünyası mədəniyyətinin tanıdılması istiqamətində fəaliyyətinə, İctimai Televiziyanın ortaq Türk televiziyası layihəsində tariximiz, mədəniyyətimiz və adət-ənənələrimizin təbliği, gələcək nəsillərə çatdırılması istiqamətində hazırlanan proqramlara görə təqdim edilib. İctimai Televiziyanın TRT-AVAZ ilə bir ildən artıq həyata keçirdiyi ortaq yayımda “Yeni gün” proqramına görə şirkətin Səhər proqramları departamentinin direktoru Səidə Musabəyli və bu proqramdakı peşəkar aparıcılığına görə Saleh Bağırov da TÜRKSOY-un mükafatına layiq görülüb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO