“Conatan Livinqston adlı Qağayı “

“Adiloğlu” nəşriyyatında Amerika yazıçısı Riçard Baxın “Conatan Livinqston adlı Qağayı” kitabı işıq üzü görüb. Əsəri ingiliscədən dilimizə gənc tərcüməçi Nihalə çevirib. Kitab azadlıq və kamilliyə can atan Qağayı
haqqındadır.
Əsərin müəllifi haqqında məlumat verən mütərcim, R.Baxın “Yerdə yad”, “Biplan”, “Heç nə təsadüfi deyil”, “Qanadların töhfəsi”, “İdrakın xaricində”, “Uçuş”, “Məsihin cib sorğu kitabçası”, “Mariya üçün hipnoz” kimi yüzlərlə maraqlı əsərin müəllifi olduğunu nəzərə çatdırıb. Bu əsər fanatizmlə, dini ehkamlarla barışmayan Avropa gənclərinin üsyankar ruhu ilə səsləşir. Kİtabın redaktoru E.Hüseynbəylidir. Nəşrdə M.Abdullanın rəsmlərindən istifadə olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO