“Cənub xəbərləri “nin saytı yaradılıb

Azərbaycanın cənub bölgəsində nəşr olunan “Cənub xəbərləri” qəzetinin internet səhifəsi – www.cenubxeberleri.com yaradılıb.

Qəzetin baş redaktoru Zahir Əmənov “Media forum” saytına bildirib ki, hazırda sayta qəzetdə əvvəlki vaxtlarda çıxmış materiallar da yerləşdirilir: “Saytımızda cənub bölgəsinin tarixi və mədəniyyətinə, həmçinin təhsil, səhiyyə, sosial mövzulara həsr olunmuş materiallar geniş yer tutur”.

“Cənub xəbərləri” qəzeti 2003-cü ildə Masallıda yaradılıb. Qəzetin təsisçısi və baş redaktoru Zahir Əmənovdur. Son üç ildə qəzeti ABŞ-ın Demokratiyaya Milli Yardım Fondu (NED) maliyyələşdirir.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO