CNN 5 gün Bakını göstərəcək

Noyabrın 15-dən 18-dək CNN telekanalında hər gün Bakı vaxtı ilə saat 20.00-da “Eye on Azerbaijan” (“Azərbaycana nəzər”) proqramı efirə çıxacaq.

Noyabrın 15-dəki buraxılış “Bakı Ağ şəhər” layihəsinə həsr olunub. Bakı vaxtı ilə saat 20.00-da yayımlanacaq süjetdə Azərbaycana investisiyaların cəlb olunması, “Qara şəhər”in yeni, müasir paytaxt mərkəzinə çevrilməsi, burada əlverişli sosial-iqtisadi şəraitin formalaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılmasında layihənin xüsusi rolu və onun digər xüsusiyyətlərindən bəhs ediləcək. (İTV)

Həftə ərzində müasir Azərbaycanın beynəlxalq arenada imicini formalaşdıran iqtisadiyyat, mədəniyyət, incəsənət və idman sahələrinin əsas aspektləri işıqlandırılacaq.

CNN Azərbaycanda “Evrovision-2012”yə hazırlıq işlərinə da xüsusi diqqət ayıracaq.

Proqram Bakıdan birbaşa bağlantılarla, CNN telekanalında işlədiyi otuz ildə Berlin divarının uçurulması, Beyrutun blokadası, İraq müharibəsi və s. hadisələri reportajlarında işıqlandırmış tanınmış telejurnalist Cim Klensinin təqdimatı ilə canlı efirdə yayımlanacaq.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO