Əcnəbilər Azərbaycan dilində danışacaqlar

Bu gün Gənclər üçün Təhsil Mərkəzi əcnəbilər üçün növbəti “Azərbaycan dili Məktəbi”nə qəbul elan edib. Məktəbin əsas məqsədi ölkəmizdə təhsil alan, yaşayan və işləyən əcnəbilərin ana dilimizdə sərbəst danışmasına kömək etmək, dilimizin zənginliyini onlarla bölüşmək və Azərbaycanın milli dəyərlərinin təbliğinə kömək etməkdir.

Məktəbin əlaqələndiricisi İnqilab Fərzəliyevin Modern.az-a verdiyi məlumata əsasən? yaşı 16-dan yuxarı olan və ana dilimizi öyrənmək istəyən hər bir ingilis dilli şəxs məktəbdə qeydiyyatdan keçə bilər. Qeydiyyat fevral ayının sonuna qədər davam edəcək.

Azərbaycan dili məktəbi pulsuz olaraq, hər bir qrup üçün 5 ay davam edəcək. Məktəbdə interaktiv metodlarla ana dilimiz tədris edilməklə yanaşı, əcnəbilərin Azərbaycanın mədəni irsi ilə daha yaxından tanış olması üçün əlavə tədbirlərin keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, sözügedən Məktəb Mərkəzin “Tanıyaq, Tanıdaq” proqramı çərçivəsində reallaşdırılır.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO