Əcnəbi şairənin kitabı Azərbaycan dilinə tərcümə olunub

Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Küveytin tanınmış şairəsi Şeyxə Suad Muhamməd Əl-Sabahın şerlər kitabı Azərbaycan dilində nəşr edilib. Azərbaycan Respublikasının Küveytdəki Səfirliyinin təşəbbüsü və dəstəyi ilə bu ölkənin tanınmış şairəsi, görkəmli alim və ictimai xadimi Şeyxə Suad Muhamməd Əl-Sabahın şerlər kitabı Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilib.
Xatırladaq ki, bu Azərbaycanda nəşr edilən ilk Küveyt ədibinin əsəridir. Şeyxə Suad Muhamməd Əl-Sabahın şerləri 15 əcnəbi dilə tərcümə edilmiş, dünyanın 20-dən artıq ölkəsində nəşr olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO