“Cəlil Məmmədquluzadə” adlı kitab çap olundu

AMEA-nın həqiqi üzvü, AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin üzvü, Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəylinin “Cəlil Məmmədquluzadə” adlı kitabı işıq üzü görüb. Bu barədə Lent.az-a AMEA-nın mətbuat xidmətindən bildirilib.

Kitab “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən nəşr olunub. Dörd dildə – Azərbaycan, rus, ingilis və fransız dillərində təqdim olunan kitabda yazıçı-dramaturqun həyat və yaradıcılığından bəhs olunur.
Kitabın elmi redaktoru filologiya elmləri namizədi İman Cəfərlidir.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO