Çingiz Abdullayev: “Əkrəm Əylisliyə münasibətdə yazıçı yox, psixoloq olmaq lazımdır”

Rusiya PEN-Mərkəzinin Əkrəm Əylisli ilə bağlı prezident İlham Əliyevə göndərdiyi məktuba Azərbaycan Pen klubundan münasibət bildirib. Modern.az xəbər verir ki, Azərbaycan Pen klubunun prezidenti, Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev rusiyalı həmkarlarına cavabda qeyd edib ki, Yazıçılar Birliyinin Katibliyi yazıçı yaradıcılığının onun şəxsiyyətindən ayrı tutulması ilə bağlı xalqa müraciət edib. 

“Biz söz azadlığının tərəfdarıyıq, biz bunu demokratik hökumətin əsas prioriteti hesab edirik, biz Əkrəm Əylisliyə qarşı olan bütün şəxsi hücumlara qarşıyıq, amma onun yaradıcılığı ilə də biz razılaşmaq istəmirik və bilmərik də. Müraciətimizin əsas mahiyyəti bu idi. Hər bir yazıçının söz azadlığından çıxış edərək bu əsəri müdafiə etməyimizi lazım bilmədiyimi göstərən bu müraciətə eyni zamanda PEN-Klub da qoşulub. Əlbəttə, bu şəraitdə mən xalqımın tərəfində çıxış edirəm. Hətta Rusiyadakı və başqa PEN-klublardan olan dostlarım tərəfindən səhv başa düşülməyimdən ehtiyatlanıram. Və ümumiyyətlə bu məsələdə yazıçı deyil, psixoloq olmaq lazımdır”, – deyə Çingiz Abdullayev qeyd edib.

Xatırladaq ki, PEN-Mərkəzin Rusiya bölməsinin İcraiyyə Komitəsi Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətdə Əkrəm Əylisli ilə bağlı son günlər yaranmış vəziyyətdən öz dərin narahatlıq ifadə edilir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO