Cəfər Cabbarlıya həsr olunan səyyar sərgi keçirilib

Cəfər Cabbarlıya həsr olunan səyyar sərgi keçirilibOktyabrın 28-də Səbail rayonundakı 190 nömrəli orta məktəbdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi, C.Cabbarlının ev-muzeyinin təşkilatçılığı ilə səyyar sərginin açılış mərasimi olub. Sərgidə böyük dramaturqun həyat və yaradıcılığını əks etdirən eksponatlar nümayiş etdirilib. Məktəbin direktoru, Əməkdar Müəllim Afət Bakıxanova C.Cabbarlının Azərbaycan ədəbiyyatındakı yerindən, ədəbi fəaliyyətindən bəhs edib. Daha sonra çıxış edən məktəbin müəlliməsi Qənirə Əmircanova dramaturqun dövrünün aynası olan əsərlərinin tərbiyəvi əhəmiyyətindən söhbət açıb. Muzeyin baş elmi işçisi, C.Cabbarlının nəvəsi Qəmər Bağırova, muzeyin əməkdaşları Gülnarə Əlibalayeva və Minarə Əliyeva şagirdləri maraqlandıran sualları cavablandırıblar. Dramaturqun əsərləri əsasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Məlumat üçün bildirək ki, muzeyin təşkilatçılığı ilə ilin sonunadək daha bir neçə mədəniyyət ocaqlarında səyyar sərginin keçirilməsi nəzərdə tutulub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO