“Cavid hikməti (seçmə aforizmlər) ” adlı miniatür kitab nəşr edilib

"Cavid hikməti (seçmə aforizmlər)" adlı miniatür kitab nəşr edilibAzərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüseyn Cavidin Ev Muzeyi tərəfindən dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin seçmə aforizmlərindən ibarət “Cavid hikməti (seçmə aforizmlər)” adlı miniatür kitabı nəşr edilib. AMEA-nın mətbuat xidmətindən verilən xəbərə görə, Hüseyn Cavid külliyyatının son beşcildliyi əsasında tərtib edilən miniatür kitabda ədibin insanlıq, vətən, məhəbbət, qadın, millət, ədalət və müxtəlif insani münasibətlər haqqında fikir və kəlamları əks olunub.
Kitab 55-38 mm ölçüdə, 248 səhifədən ibarətdir və 200 nüsxə tiurajla çap edilib. kitabda böyük mütəfəkkirin əsərlərindən 16 kompozisiya yerləşdirilib. Azərbaycan Respublikası “Kitab” Cəmiyyətinin xətti ilə nəşr edilən kitabın redaktoru AMEA-nın müxbir üzvü Teymur Kərimli, tərtibçiləri AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı və İradə Tuliyevadır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO