Cahangir Məmmədli Bakıda qəzet köşklərinin yığışdırılmasına maraqlı müqayisə verdi

Mətbuat aləminin ən ciddi problemlərindən biri də qəzetlərin yayım məsələsidir. Vəziyyət o yerə çatıb ki, Bakının istənilən yerində qəzet tapmaq çətinləşib.

Bakı Dövlət Universitetinin jurnalistika kafedrasının müdiri, professor Cahangir Məmmədlinin sözlərinə görə, maraqlı, ictimai marağa xidmət edən qəzetləri oxucu hər yerdən axtarıb tapa bilir: “O cür qəzetləri maşınla getdiyimiz yerdə də alırıq. Köşk bir az uzaqda olsa da, həmin qəzetləri alırıq”. C.Məmmədli qəzet alarkən yaşanan problemə də toxundu. Onun sözlərinə görə, bizim qəzeti çətinlik çəkmədən almağa da hüququmuz var: “Bu gün Azərbaycanda, xüsusilə Bakıda naringi köşkləri qəzet köşklərini tamamilə sıxışdırıb aradan çıxarıb.

Qəzet köşklərini insanların ən gur olduğu yerlərdən götürmək müəyyən dərəcədə qərəzli faktdır. Adam bəzən şübhələnir ki, niyə qəzetləri bu cür yerlərdən götürürlər”. C.Məmmədlinin fikrincə, qəzet köşkləri insanların gur olduğu yerlərdə qoyulmalıdır və biz bunu tələb etməliyik. (“OLAYLAR”İA)

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO