C.Cabbarlı – 110

C.Cabbarlı - 110Noyabrın 10-da Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi, C.Cabbarlının ev-muzeyinin təşəbbüsü ilə görkəmli dramaturqun 110 illik yubileyinə həsr olunmuş tədbir reallaşacaq.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Nizami rayon İcra hakimiyyətinin, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, məktəblilərin iştirakı nəzərdə tutulub. Tədbirdən əvvəl C.Cabbarlının həyat və yaradıcılığını əks etdirən geniş sərgi nümayiş olunacaq. Rəsmi hissədən sonra məktəblilərin ifasında “Solğun çiçəklər” pyesindən parça nümayiş olunacaq və Bakı Şəhər Uşaq Teatrının Cəfər Cabbarlının həyat və yaradıcılığına həsr olunmuş “Məni xatırlayacaqlar” tamaşası göstəriləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO