Böyük Britaniyanın Kitabxanasına Azərbaycan haqqında kitablar hədiyyə edilib

Böyük Britaniyanın Kitabxanasına Azərbaycan haqqında kitablar hədiyyə edilibAzərbaycan Respublikasının Böyük Britaniyadakı Səfiri cənab Fəxrəddin Qurbanov bu günlərdə Britaniya Kitabxanasında olub və kitabxananın İdarəetmə Şurasının Sədri Ser Kolin Lukasla görüşüb. Böyük Britaniyanın Kitabxanasında qədim əlyazmalardan ibarət yeni kolleksiya nümayiş etdirilib. Kolleksiyada Nizami Gəncəvinin “Xəmsə”sindən seçmələr, Səfəvi hökmdarı I Təhmasibin və digər əlyazmaların yazıldığı ərazi Azərbaycan göstərilsə də, yazıldığı dilə uyğun olaraq onlar fars əsərləri kimi göstərilib. Səfir bu əlyazmaların yazıldığı dilə uyğun fars əsərlərinə aid edilməsini həqiqətə uyğun olmadığını bildirib. Səfir F. Qurbanov Azərbaycan tarixi, iqtisadiyyatı, incəsənəti, mədəniyyəti, Dağlıq Qarabağ münaqişəsi haqqında kitabları Britaniya Kitabxanasına hədiyyə edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO